Maaşlardan bu qədər pulun kəsilməsinin səbəbini isə bilən yoxdur 

Təhsil sistemində əcaib hadisələr davam edir. Nazir Mikayıl Cabbarovun vəzifə başına keçməsindən sonra aparılan «mübarizə» daha fərqli şəkildə özünü büruzə verməkdədir. 

Uluyol.info Jam.az-a istinadən xəbər verir ki, Göygöl rayonunda dərs deyən müəllimlər də elə həmin «mübarizə»dən bəhs ediblər. Onların bildirdiyinə görə, dekabr ayının maaşlarından hər bir müəllimdən 30 manat pul tutacaqlar. Artıq təhsil şöbəsinin müdiri bununla bağlı qəti tapşırıq verib və kimsənin də etiraz etməməsini tələb edib. 

Müəllimlər maaşlarından 30 manatın hansı səbəbə tutulacağı barədə bir şey bilmədiklərini deyirlər. Onlar qeyd edirlər ki, əvvəllər belə hallar nadir şəkildə baş versə də, son dönəmlər daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. 

Məsələni dəqiqləşdirmək üçün Göygöl rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, onların məsələdən xəbərləri yoxdur. Şöbənin müdiri Elburus Atayevin isə işdə olmadığını vurğulayıblar. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300