Fevralın 9-da Tiflisdə keçirilən icazəsiz etiraz aksiyasının iştirakçıları Gürcüstanın İctimai Televiziyasının binasına hücum edərək, qanunsuz olaraq canlı yayıma çıxıblar. Buna səbəb kanalın yeni rəhbərliyinin TV jurnalistlərini kütləvi şəkildə işdən azad edilməsinin planlaşdırılması olub. 

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan İctimai Yayım İdarə Heyəti faktla bağlı bəyanatla çıxış edib: "Bu faktı biz jurnalistlərin qanuni peşə fəaliyyətinə və İctimai TV-nin yayım işinin kobud surətdə pozulmasına mane kimi qiymətləndiririk. Zorakılığa yol verən aksiyanın təşkilatçıları və iştirakçıları qanun qarşısında məsuliyyət daşımalıdır”, - deyə bəyanatda deyilir.

 

Bəyanatı yayımlayan Gürcüstan İctimai Yayım İdarə Heyəti hücum faktını təhlükəli presedent, həyəcan siqnalı adlandıraraq, qanunsuz hərəkəti İctimai Televiziyanın normal  fəaliyyətinə təhlükə yaratdığını bildirib: "Hesab edirik ki, bu fakt ictimaiyyətin fəal müzakirə mövzusu olacaq və biz baş verən hadisəyə qiymət verməliyik”, - deyə bəyanatda bildirilib.

 

İTV-nin İcraiyyə Şurasının üzvləri siyasətçilər və jurnalistləri etiraz aksiya iştirakçılarının təcavüzkar və zorakı hərəkətlərinə qarşı çıxmağa çağırıblar.

 

Qeyd edək ki, fevralın 9-da İctimai TV-nin əməkdaşlarının kütləvi şəkildə işdən azad olunmasına qarşı etiraz aksiyasının iştirakçıları TV-nin canlı yayımında İTV-nin yeni kanalının rəhbərliyinin jurnalistlərin işdən azad olunması planına etirazlarını bildiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300