Son vaxtlar  Ermənistan mətbuatında tez-tez  erməni ordusunun real itgiləri və bu itgilərin gizlədilməsi haqqında yazılara rast gəlirik.

Erməni tərəfi ölənlərlə yanaşı hətta yaralıların dəqiq sayını belə yerli mediadan gizlətməyə çalışır.

Digər tərəfdən Ermənistan ordusunda yaralanan hər hansı bir əsgərin sonrakı taleyi Sarkisyan rejimini qətiyyən maraqlandırmır. Məsələn,TİA.AZ Erməni mətbuatına istinadən bildirir ki, hərbi xidmət zamanı xəsarət alan erməni əsgərlərinin çoxu müalicə ala bilmir. Ermənistanın "Aykakan Jamanak” qəzetinin yazdığı xəbərə görə, hərbi xidmət zamanı keçmiş əsgər Vazqen Ayrapetyan yol qəzasına düşüb və əməliyyat olunub. Lakin onun təkrar əməliyyata ehtiyacı var. Əsgərin atası Vaqram Ayrapetyan qəzetin müxbirinə bildirib ki, oğlu 15 avqust 2016-cı ildə Ermənistanın Sünik vilayətindən parad məşqində iştirak etmək üçün əsgər yoldaşları ilə birlikdə İrəvana yollanıb. Növbəti məşq günü qəza baş verib və Ayrapetyan bədən  xəsarəti alıb. Əsgər xəstəxanaya çatdırılıb. O, sol omba və boyun sınığı diaqnozu ilə əməliyyat olunub. Xəstənin bud snahiyəsinə müvafiq mil qoyulub. Lakin həkimlər bildiriblər ki, mili 4ay keçdikdən sonra çıxarmaq lazımdır:

"Artıq 6 ay keçib, lakin təkrar əməliyyat üçün əlillik qrupu lazımdır. Bu proses əməlli - başlı baş ağrısına  çevrilib və əslində  qeyri-mümkün görünür. Təsəvvür edə bilməzsiniz ki, xəstəxanada nə baş verir. Burdan- qərargaha, qərargahdan-bura. Heç kim məlumat vermir ki, sonrakı proseslər  necə olacaq. Vazqen otura və uzana bilmir. O, sonsuza kimi qoltuq ağacının köməkliyi ilə ayağını sürüyə bilməyəcək”.

Ayrapetyan məsələ ilə bağlı Müdafiə Nazirliyinə və Ombudsmana müraciət edib. Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyan qəzetə bildirib ki, müraciət qeydiyyatdan keçib, qurum bu müraciətlərlə məşğul olur və problem mütləq həll olunacaq. İkinci əməliyyatın indiyə kimi keçirilməməsi ilə əlaqədar Hovanisyan deyib ki, bu tibbi sualdir  və mütəxəssislər bunu məqsədəuyğun hesab etmirlər. İnsan hüquqları ofisindən isə bildiriblər ki, bu problemin həlli onların qurumuna aid deyil. Vaqram Ayrapetyanın sözlərinə görə,  əməliyyat üçün dövlət tibb müəssisəsinə 205 dollar ödəyir. Lakin əməliyyatın məbləği 825-1235 dollar civarındadır: "Buna görə, əməliyyat rədd olunub. Onlar gözləyir ki, məbləği mən ödəyim”.

Ermənistanın yaralı əsgərlərin sonrakı taleyi ilə maraqlanmaması barədə ilk və ya tək fakt deyil. Bu gün erməni mətbuatında yüzlərlə əsgərin düşdüyü bu acınacaqlı vəziyyəti əks etdirən yazılara rast gələ bilərsiz. Bütün bu faktlar onu göstərir ki, Serj Sarkisyan rejimi erməni diasporu və onun himayədarlarının topladığı pulu orduya deyil, cibinə axıdır.
Mövzu davam edəcək..

Nilufər, Tia.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300