Azərbaaycanda fəaliyyət göstərən bəzi idman federasiyaları var ki, onların inkişafının hansı istiqamətdə olması hələ də müəmmalıdır.

Yeniçağ.Az bu qurumların "inkişaf”ı ilə bağlı araşdırma aparıb.

Azərbaycan Atıcılıq Federasiyasıisə demək olar ki,Zemfira Meftahətdinovailə bitdi. Çünki məhz ondan sonra qurumdan nə normal atıcı "çıxdı”, nə də səviyyəli yarışlara lisenziya qazana bildilər. Hətta federasiyanın saytı belə axırıncı dəfə fəaliyyətləri ilə bağlı xəbəri 5 May 2012 – ci il tarixdə yerləşdiriblər.

Fazil Məmmədovun rəhbəri olduğu AzərbaycanOtüstü Xokkey Federasiyasıda Qolf federasiyası kimi "gizli fəaliyyətə” üstünlük verib. Qurum fəaliyyətini dayandırsa da bu, rəsmi şəkildə açıqlanmır. 2 il bundan öncə milli üzvlərinin "baykot” aksiyası ilə üz-üzə qalan federasiya daxilində artıq fəaliyyət göstərilməyəcəyi ilə bağlı müzakirələr gedib. Buna səbəb isə maliyyə problemlərinin olmasıdır. Amma nədənsə, qurum bunu rəsmi şəkildə açıqlamaqdan boyun qaçırdır. Çünki federasiyadan bu barədə Gənclər və İdman Nazirliyinə də rəsmi məlumat verilməyib. Hətta bu qurumun da rəsmi işçiləri oranı tərk edib. Buna baxmayaraq, otüstü xokkey federasiyası da GİN-ə öz təqvim planını təqdim edib. Guya onları 2-si yerli, 7-si beynəlxaq dərəcəli olmaqla 9 yarış gözləyir.

İlham Aslanovun rəhbərlik etdiyiAzərbaycan Bilyard İdmanı Federasiyasının da fəaliyyəti demək olar ki "sıfır” səviyyəsindədir. Nə komandada, nə də heyətdə kimin olduğu bəlli deyil.

1990-cı ildəAzərbaycan Milli İdman Növləri tərkibində Nərd Federasiyasıda fəaliyyət göstərirdi. Ancaq fəaliyyətin nədən ibarət olduğu bəlli deyil. Buna baxmayaraq, qurum Gənclər və İdman nazirliyinə 2017-ci il üçün də təqvim planı təqdim edib. Təqvim planına müvafiq olaraq da nazirlikdən pul alırlar.

Çoxmübarizəli idman döyüş növlərindən olan "hapkido”nun isə nə anlama gəldiyi bir çoxlarına məlum deyil. HəttaAzərbaycan Hap Ki Do Federasiyasıda GİN-ə təqvim planı tədim edib. Plana əsasən, "hapkidoçular” 7 beynəlxalq yarışa gedəcəklər. Bunun qarşılığında da nazirlikdən pul alınıb. Gülməlidir ki, bu yarışların 6-sı "Dünya çempionatı” kimi göstərilir. Qalib idmançılar isə saxta "Dünya çempionu” titulundan başqa heç nə qazanmır.
Coriyo Kunq-Fu Federasiyası Mahmudzadə Davud adlı şəxsin rəhbərliyi altında fəaliyyət göstərir. Federasiya GİN-ə 4 beynəlxalq yarışda iştirak edəcəyi ilə bağlı təqvim planı təqdim edib.

Azərbaycan Boulinq Federasiyasıda saxta çempionlar hazırlamaqdan başqa bir işə yaramır.

Azərbaycan İdman Boulinqi Federasiyasının prezidenti Cavanşir Xəlilov eyni zamanda Bakı Əyləncə Mərkəzinin sahibidir. Ancaq onun qurumu da nazirliyin ödədiyi pula göz dikib. Çünki onlar təqvim planında 6 beynəlxalq turnirdə iştirak edəcəklərini bildiriblər.

Azərbaycan Reqbi Federasiyasının da varlığı ilə yoxluğu məlum deyil. Reqbi Olimpiya idman növü sayılsa da nədənsə ölkəmizdəki fəaliyyəti heç də ürəkaçan deyil. Çünki qurumun adı var, amma milli komandası yoxdur. Federasiyanın hazırki rəhbəri Eldəgiz Rəfibəyli də yığmanın keçmiş üzvlərindəndir. Reqbi hazırda klublar şəklində fəaliyyət göstərir. Aldığımız məlumata görə, ölkəmizdə bu idman növünə daha çox Azərbaycandakı xarici vətəndaşların övladları maraq göstərir. Federasiya üzvləri Olimpiya oyunlarından sonra onlarda da dəyişiklik olacağına və yeni rəhbərin təyin ediləcəyinə ümid edirdi. Amma onların ümidləri puç oldu. Qurumun rəhbəri E.Rəfibəyli şəxsi işləri ilə bağlı xaricdədir. Yeri gəlmişkən qeyd edək ki, E. Rəfibəylinin Federasiyası da nazirliyin verdiyi pullarla dolanır. Ən maraqlısı da odur ki, sözügedən federasiya da milli komandası olmadığı halda nazirliyə təqvim planı təqdim edib. Həmin planayəsasən isə, mövcud olmayan "komanda” nə az, nə çox – düz 9 beynəlxalq turnirdə iştirak edəcək.

 

Aygün İlqarqızı, yeniçağ.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300