Bu il yanvarın 25-də təmas xəttindəki postlardan birində özünü güllələyən erməni əsgəri Şavarş Köçəryanın ölümünə görə onun xidmət yoldaşlarından biri barəsində cinayət işi qaldırılıb.

 Bu haqda Ermənistan İstintaq Komitəsi bildirir.

Məlumata görə həmin hərbçi "intihara sövq etməkdə” və hərbi nizamnaməni pozmaqda ittiham olunur. Komitənin məlumatına görə həmin hərbçi əsgər Köçəryanı müntəzəm olaraq incidib, özünü üstün sayaraq dəfələrlə onu aşağılayıb. Postda əsgər Köçəryana kofe, çay dəmlədib, çəkmələrini təmizlədib, çirkli qabları yudurdub, bundan əlavə müntəzəm olaraq onu söyüb, ləyaqətini alçaldıb. Nəticədə əsgər Köçəryan postda ona təhkim olunmuş avtomatla özünə atəş açaraq intihar edib.//virtualaz

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300