Avtobus dayanacaqlarında, metro çıxışlarında - insanların çoxluq təşkil etdiyi hər yerdə dilənən, salfet satan və musiqi alətlərində ifa edərək pul qazanan küçə uşaqlarına rast gəlmək mümkündür. Görəsən, onlar niyə məktəbdə deyil, küçədədir?

 

"Xəstə anam və balaca qardaşımla Kubinkada kirayə yaşayayıram. Atam olmadığı üçün evə pulu ancaq qardaşım və mən aparıram. Qazandığımız pul isə ancaq anamın dərmanlarına və gündəlik yeməyimizə çətinliklə çatır”.

 

Bu sözlər təxminən 8 yaşlarında olan , salfet sataraq ailəsini dolandıran qıza məxsusdur.

 

Balaca bildirir ki, polislər onlara küçədə dilənməyə, salfet satıb pul qazanmağa imkan vermir: "Bir dəfə polisin təqibi nəticəsində məni maşın vurdu və xəsarət aldım”.

 

Uşaq pul olmadığı üçün məktəbə gedə bilmədiyini də dedi.

 

Balacanın sözlərinə görə, heç kim onları məktəbə getmədiyi üçün tənbeh etmir:

 

Statistika Komitəsinin məlumatlarına görə, Bakı şəhərində yaşayan 9-17 yaşda olan 208 baxımsız, küçədə böyüyən uşaq var. Onlardan 165-i oğlan , 43-ü isə qızdır. Onların təxminən yarısı 15-17 yaşında olan uşaqlardır. Müstəqil qurumlarsa bu rəqəmlərin çox olduğunu düşünür.

 

Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində isə deyilir:

 

"Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir”.

 

Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan Uşaq Sığınacağ Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, kimsəsiz uşaqlar üçün yaratdıqları sığınacaq fəaliyyət göstərir:

 

"Hazırda sığınacaq fəaliyyət göstərir və onun koordinatoru mənəm. Küçə uşaqları ilə bağlı ayrı-ayrı təşkilatlar statistika aparır, monitorinqlər keçirilir. Bura uşaqlar polis tərəfindən gətirilir. Biz heç vaxt nə vətəndaşdan uşaq alırıq, nə də özümüz aşkar edirik. Bizim sığınacağımıza yerləşdirilən uşaqlar baxımsız şəkildə, imtina olunmuş və ya küçədə sərbəst fəaliyyətlə məşğul olan uşaqlardır. Biz ilkin olaraq qeydiyyat üzrə uşağın ailəsini axtarırıq, əgər bərpa olunma şansı varsa, biz o istiqamətdə reabilitasiya aparırıq. Əgər uşağın valideynləri tapılmırsa, tapılan birinci dərəcəli qohumları yaxınlıq vermirsə, qəbul etmirsə, biz o zaman aidiyyatı üzrə İcra Hakimiyyətinin sərəncamına əsasən uşaqları uşaq müəssisələrinə yerləşdiririk”.

 

Bəs indiyədək sığınacaqda nə qədər uşaq olub? Təşkilat həyatını küçədə keçirən uşaqların sayı ilə bağlı statistika hazırlayırmı?

 

Vasif Akifli bu sualların cavabında deyir ki, bu barədə məlumat verə bilməzlər: "Bunlar anonim saxlanılmalıdır. Biz bu haqda hesabatı dövlə orqanlarına təqdim edirik”.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 aprel tarixli 60s nömrəli qərarı ilə Azərbaycan Respublikasında baxımsız və küçə uşaqları probleminin həlli üzrə tədbirlər planı imzalayıb. Amma planın necə həyata keçirilməsi barədə hər hansı məlumat yoxdur.

 


 

 

Hazırladı: Eltac Mirzəyev

Lalə İsgəndərli

Zibeydə Məmmədova

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300