Rusiya Federasiyası Buryatiya Respublikasının qubernatoru Vyaçeslav Naqovitsın da istefa verib.

 

Axar.az xəbər verir ki, bu barədə respublika administrasiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Maltsev məlumat yayıb.

 

"Elə indicə mətbuat konfransında Vyaçeslav Naqovitsın istefasını elan etdi. O bildirdi ki, gələcəkdə də Buryatiya üçün faydalı olmağa çalışacaq, amma növbəti müddətdə namizədliyini irəli sürməyəcək”, - Maltsev bildirib.

 

Onun sözlərinə görə, sözügedən qərar gözlənilməz olub.

 

Qeyd edək ki, dünən "Vedomosti” qəzeti Kremlə yaxın mənbəyə istinadla istefa verəcək qubernatorların Aleksandr Xudilaynen (Kareliya), Oleq Kovalyev (Ryazan), Yevgeni Kuyvaşev (Sverdlovsk), Sergey Mitin (Novqorod), Pavel Konkov (İvanovsk), həmçinin Perm vilayətinin qubernatoru Viktor Basargin və Buryatiyanın rəhbəri Vyaçeslav Noqovitsının olacağını xəbər vermişdi. Həmin məlumatdan sonra Perm vilayətinin qubernatoru Viktor Basargin istefa ərizəsini Prezident Vladimir Putinə təqdim edib və qubernator səlahiyyətlərinin müvəqqəti icrası Maksim Reşetnikova tapşırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300