Bu gün Müsavat Partiyasının qərargahında "Nərgiz” Mükafatının təqdimetmə mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə ilk olaraq, mərhum jurnalist Nərgiz Yaqublunun həyatı haqqında məlumat verilib. 

Daha sonra Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı mükafatla bağlı fikirlərini bildirib: "Mükafat fəal gənclərə, junalistlərə, ictimai təşkilatların üzvlərinə da verilə bilər. Mükafata namizədlər kifayət qədər idi. Hesab edirəm ki, mükafat öz layiqli namizədini tapdı".

Tədbirdə çıxış edənlər arasında Milli Şuranın sədri Cəmil Həsənli, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, vəkil Xalid Bağırov, "Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı və mərhum jurnalistin bacısı Nigar Yaqublu çıxış ediblər. 

Nigar Yaqublu: "Bu gün yanımızda atam və Nərgiz yoxdur. Biz onun ölümündən sonra gördük ki, Nərgiz bu xalqın qızı imiş. Tədbirdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm".

"Nərgiz" Mükafatına demokratiya və insan haqları sahəsində aktiv fəaliyyətinə görə İlkin Rüstəmzadə layiq görüldü. Hazırda İlkin həbsdə olduğu üçün mükafat onun atası Bakir Rüstəmzadəyə təqdim edildi.

Tədbirin məhz bu gün keçirilməsinin səbəbi isə Nərgiz Yaqublunun doğum günü ilə bağlıdır. Nərgiz yaşasaydı, bu gün 26 yaşı olacaqdı. 

Məhəmməd Türkmən
Fotolar müəllifindir

 
























Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300