Manatın ikinci devalvasiyasından sonra paytaxt Bakıda qiymət artımının şahidi olduq.Adiyyatı qurumlar qiymətlərin nəzarət altında saxlanacağın qeyd etsələrdə,amma hər gün qiymət artımının şahidi oluruq.Xatırladaq ki,Bakıda qiymətlərə nəzarət,yoxlamalar olsada,regionlarda vəziyyət fərqlidir.
 
Uluyol.İnfo xəbər portalı regionlarda qiymət artımı ilə əlaqəli müntəzəm olaraq oxuculara məlumat verəcik.Bu dəfə qiymət artımından əziyyət çəkən Şirvan şəhəridir.Müsahibim Müsavat Partiyası Şirvan şəhər təşkilatının şura üzvü Saday Hacılıdır.
 

 
 Saday bəy,ictimai fəal kimi manatın devalvasiyası ilə bağlı nə düşünürsüz?
 
-Bir ildə iki dəfə devalvasiya ,bu artıq iqtisadiyyatınızın heç də möhkəm deyil,sadəcə neftdən asılı vəziyyətdə olmasın göstərir.Amma neçə illərdir qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ağız dolusu danışılırdı.Bəs nə oldu?!Bizim güclü iqtisadiyyatımız var idi?Adınıda qoyublar ,üzən məzənnə.47 faiz devalvasiya üzən məzənnə deyil,üzən məzənnə manatın yarısın aparmır.Manat üzmür,batır.Birdə ,üzən məzənnə deyəndə,yəni davamı olacağı qaçılmır.
 
Son günlər Bakıda "qara bazar"da dolları 2 manata dəyişirlər.Sizcə bu belə olacaq,yoxsa bəzi işbazların hiyləsidir?
 
-Zaman göstərəcək,amma görünən odur ki,manat mövqeyində qalmayacaq,bir az da geriləyəcək."Qara bazar"a gəlincə,əgər belə bir fakt varsa,niyə tədbir görülmür?!
 
Sizcə,bir vətəndaş kimi ölkəmizin mövcud durumu ilə bağlı milli təsübkeşlik edə bilirikmi?
 
-Yox,düşünmürəm.Elə bir vəziyyət yaranıb ki,insanların əksəriyyəti yalnız özün fikirləşir.Bir fakt deyim,yaxınlıqda marketlərdən biri demək olar ki, iki binanın sakinləri hesabına uzun illərdir çalışır.Devalvasiyanın axşamı siqareti soruşuram ,qiymətin qaldırıb.Soruşuram ,köhnə malları yeni qiymətə niyə verirsiz?Cavab verə bilmir.Budur reallığımız.
 
Şirvan Şəhər rəhbərliyi qiymət artımın qarşısın alacaq addımlar atırlarmı?
 
-Şirvan şəhər rəhbərliyi ancaq güdür ki,hansısa fəalı necə həbs edək.Necə ki,aktiv fəaliyyətimlə bağlı məni həbs etmişdilər.Kompyuterimə qədər aparıb yoxladılar,reallıq budur.Yoxlamalara gəlincə,nə görmüşəm,nədə eşitmişəm.Bəlkədə yoxlamalar aparılıb,amma apırılacağı təqdirdə qiymətlər belə olmazdı.Qiymət artımı Şirvan şəhərində AZTV-də deyildiyi kimi deyil.Ərzaqlara qoyulan qiymətlər 50-70 faizə qədər yüksəlib.Apteklərdə dərmanlar yeni qiymətlərlə satılır,elə tikinti materiallarıda eyni aqibətdədir.Saat 24:00-dək işləyən marketlər axşam 18:00 oldumu bağlayırlar.Səbəb alıcı yoxdur.İnsanlarda pul yoxdu ,bayram qabağı evinə nəsə alsın.
 
Bildiyimiz kimi, Müsavat Partiyası Şirvan şəhər təşkilatının üzvüsüz.Rayon təşkilatında bunula bağlı müzakirələr aparıldımı?
 
-Bəli,27 dekabr tarixində qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş yığıncağımız oldu.Ölkədə baş verən ictimai-siyasi proseslər,manatın üzən məzənnəyə keçməsi,ilin yekunu ilə bağlı geniş müzakirələrimiz oldu.Sonda bir nəfər ərizəsi ilə Partiya sıralarına yazıldı.



Söhbətləşdi:Saday FƏRƏCOV
 ULUYOL.İNFO

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300