Dekabrın 21-də Azərbaycanda baş verən ikinci devalvasiya dünya mətbuatının da gündəminə çevrilib.

Belə ki, dekabrın 25-də Türkiyədə yayımlanan ON4 telekanalının ana xəbər buraxılışında ikinci devalvasiya barədə reportaj hazırlanıb. İkinci dəfə baş verən devalvasiyadan sonra yaranmış sosial-iqtisadi böhranın miqyası göstərilib, əhalinin etiraz əhvalına kökləndiyi vurğulanıb. 

Uluyol.info "Arqument.Az"-a istinadən  xəbər verir ki, telekanal bu mövzuda Müsavat Partiyası başqanı Arif Hacılının da fikirləri öyrənib.

Müsavat başqanı yaranmış fəlakətli vəziyyəti Azərbaycan hakimiyyətinin uzun illər apardığı yanlış siyasətin nəticəsi olaraq qiymətləndirib, daha ciddi çətinliklərin hələ irəlidə olduğunu bildirib. 

Arif Hacılı mövcud vəziyyətin Müsavat Partiyasının strukturlarında və digər ictimai təşkilatlarla birlikdə müzakirə olunduğunu qeyd edib. 

Qarşıdan gələn 2016-cı ilin Azərbaycan üçün çətin il olacağını qeyd edən Müsavat başqanı vurğulayıb ki, əgər hakimiyyət siyasi və iqtisadi islahatlara əl atmazsa, xalqın və beynalxalq birliyin çağrışlarını dinləməzsə, ən əsası siyasi məhbuslar azadlığa buraxılmazsa cəmiyyətdə ciddi qarşıdurmaların qaçılmaz olacaq. 

Arif Hacılı Müsavat Partiyasının Azərbaycan cəmiyyətinin maraqlarını sona qədər müdafiə edəcəyini xüsusi olaraq qeyd edib.
 
Həmin videosujeti təqdim edirik:
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300