Bu günlərdə Bakı da daxil olmaqla ölkənin hər yerinə yağan qar çoxlarının qayğısını artırıb

 

Uluyol.info Xəzərxəbər-ə istinadən məlumat verir ki, ancaq paytaxt sakinlərindən biri belələrindən fərqlənib. Keçmiş hərbçi olan 65 yaşlı İsgəndər Mirzəyev paltarlarını çıxararaq özünü qarın üzərinə atıb.

 

Bu həyəcanlı anları oğlu telefonla çəkərək bölüşüb.

 

Paltarını çıxarıb, özünü ayaqyalın qarın üzərinə atır. Görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli yaşayış massivindəndir. Güclü qar 65 yaşlı İsgəndər Mirzəyevi sevindirib.

 

Keçmiş hərbçi bu hərəkətləri hər qış qar yağanda edir. Əvvəl qarda sürünür...

 

Sonra mayallaq aşır ki, bədəninin digər hissəsinə də qar dəysin. Qarın içində yuvarlanaraq dadını çıxarır. Hətta oturub əlləri ilə başını da qara bulayır. Xırda gimnastika ilə hərəkətlərinə son verir. Bununla özünü daha sağlam və gümrah hiss etdiyini bildirir.


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300