Azərbaycanlı oliqarx, "İSR Holding” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilova məxsus Neftçaladakı "Azəryod” ASC-də problemlər yaranıb. ASC-də işləyən fəhlələrin bizimxeber.az-a verdiyi məlumata görə, dünəndən 120-yə yaxın işçi məcburi qaydada öz hesablarına buraxılıb.

 

Fəhlələr bildirir ki, şirkəti bu hala qoyan şəxs İsgəndər Xəlilovun qardaşı oğlu Rəşad Xəlilovdur. Onun baş direktor olması ilə problemlər başlayıb.

 

Məlumatda qeyd olunur ki, atrıq 3 aydır əmək haqqları verilmir. Dekabr ayından pullarını ala bilməyən fəhlələrə bildirilib ki, əmək haqqları bu ayın 20-dən sonra verilə bilər. Bu isə hələ dəqiq deyil. Əmək haqqlarının niyə verilməməsi isə elektrik enerjisinin qiyməti artdığı, zavod özünü dolandıra bilmədiyi əsas kimi göstərilir.

 

Fəhlələr isə pullarını tələb edir, əks təqdirdə etiraza başlayacaqlarını deyirlər.

 

Elə isə maraqlıdır? Dekabr ayı 18 ton, yanvar ayı 15 ton yod yola salan zavodun fəhlələri niyə əmək haqqı ala bilmir? Bu gün dünya bazarında olduqca baha qiymətə satılan yoddan gələn gəliri İsgəndər Xəlilov hara xərcləyir? Nədən işçilərin pulları verilmir?

Məlumata görə, zavodun onlarla fəhləsi Rəşad Xəlilovun rayondakı digər biznes yerlərində işlədilir. Zavodda işləməli olan bu şəxslər istismar olunur. İsgəndər Xəlilovun rayonda 50 hektar ərazini əhatə edən süni balıq artırma vətəgələri, parnikləri və təsərrüfat sahələri var. Məhz yoddan gələn gəlir bu istiqamətdə xərcləndiyi üçün işçilərə əmək haqqı verilmir.

 

Zavod fəhlələrinin verdiyi məlumata görə, zavod rəhbərliyi işçiləri öz xahişi ilə işdən uzaqlaşdırılmasını desə də, əslində bu məcburi qaydada edilir. İşçilər bildirir ki, çox güman ki, pullarını ala bilməyəcəklər. Fəhlələr iqtisadi böhran dövründə işsiz qalmalarından bərk narahatdırlar.

 

"Azəryod” ASC texniki və kristallaşmış yod istehsal edir. Ayda 18-20 ton yod istehsal edən zavod çökürsə, demək burda başqa səbəblər var.

 

Uluyol.info xatırladıq ki, ötən il müəssisəyə gələn İsgəndər Xəlilov əhalinin sosial durumu ilə bağlı bir nəfər belə işçinin ixtisara düşməyəcəyin vurğulamışdı. ”Azəryod” ASC-də öz hesabına işçilərin məzuniyyətə göndərilməsi son illər adi hal alıb.

Neftçala rayonunda yerləşən Yod zavodu MDB-də birinci, dünyada isə üçüncü yerdədir.


 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300