Bakı şəhər Dövlət Yol Polisi İdarəsininNövbətçi hissəsinin oğurlandığı, yaxud yoxa çıxdığı haqda məlumat yayılmış sürücü-polis nəfəri Əliş Kərimov tapılıb. Bu məlumatı "Qafqazinfo”BDYPİ-yə istinadla yayıb. Məlumatda deyilir ki, Ə.Kərimov fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə getdibmiş. O bu gün evlərinə qayıdıb. Axtarıldığından isə xəbərsiz olub.


*****


Bakıda yol polisinin əməkdaşı oğurlanıb.

 

"Report"un əldə etdiyi məlumata görə, hadisə fevral ayının 2-dən 3-nə keçən gecə baş verib.

 

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inspektoru Əliş Kərimov idarə etdiyi 90-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı xidməti avtomobil ilə birlikdə oğurlanıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Kərimov Yol Patrul Xidmətinə məxsus xidməti avtomobili idarə edən zaman yolda dayandırılıb və avtomobilindən çıxarılaraq zorla naməlum dövlət qeydiyyat nişanlı "Mercedes" markalı maşına əyləşdirilib. Fevral ayının 3-də 90-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı xidməti avtomobil Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində tapılıb. Avtomobilin içərisində isə nəlayiq və hədə-qorxu xarakterli ifadələr yazılmış kağız parçası tapılıb.

 

Oğurlanan polis əməkdaşına məxsus mobil telefon isə sim kartsız halda Yasamal rayonu ərazisindəki Qanlı gölun ətrafında aşkarlanıb. Bakı şəhər ərazisində təhlükəsiz şəhər kameralarına baxış zamanı dövlət qeydiyyat nişanının görünməsi məhdudlaşdırılan "Mercedes" markalı avtomobilin Yol Patrul Xidmətinə məxsus avtomobilin arxası ilə hərəkət etdiyi məlum olub. Araşdırmalar nəticəsində naməlum qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin şəhər ərazisində yalnız iki kameranın obyektivinə düşdüyü aydın olub.

 

Oğurlanan polis inspektorunun axtarışı davam edir. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov "Report" bildirib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi Hissəsinin sürücüsü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib. Mətbuat xidmətinin rəhbəri hadisə barədə əlavə məlumat verməyib və araşdırmaların davam etdiyini söyləyib.

 

Qeyd edək ki, 90-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsus xidməti maşındır. Oğurlanan inspektor Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300