Moskva iki ölkə arasında mübahisəli məsələlərin daha sakit tərzdə həll edilməsi üçün Minskə çağırış edir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
"Rusiya Belarusa genişmiqyaslı iqtisadi, siyasi və başqa cür yardımlar edib, bundan sonra da edəcək. 2011-2015-ci illər arasında Belarusa hər il pulsuz 18-23 milyon ton neft tədarük edilib. Bütün bu illər ərzində Rusiya büdcəsi 22,3 milyard dollar itirib”, – Peskov bildirib.
Qeyd edək ki, son günlər Belarusla Rusiya arasında münasibətlər pisləşib. Bu gün Belarus Prezidenti Rusiyanı tənqid edib və rus neftini almayacağını bildirib. Prezident həmçinin Avrasiya İttifaqı ucbatından Belarusun 15 milyard dollar itirdiyini açıqlayıb.(axar.az)