Aprel ayında cəbhə xəttinin Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlunun şəhid olmasının üstündən 9 ay keçməsinə baxmayaraq hələ də şəhidin ata evinin qapısına "Milli Qəhrəman Samit İmanov bu evdə yaşamışdır” adlı lövhə vurmayıb.

 

Maraqlıdır, icra başçısı vətən şəhidə, onun ruhuna, vətən uğrunda canını qurban vermiş qəhrəmanı yetişdirən ailəyə qarşı hansı haqla bu addımı ata bilər?

İsmayıl Vəliyev yayda soyuq, qışda isti kabinetində oturanda, övladları ölkənin və dünyanın ən gözəl yerlərində istirahət edəndə, özü isə rüşvət almaqdan başı açılmayanda, Samid İmanov vətəni qoruyur, torpaq uğrunda canını qurban verirdi.

Xatırladaq ki, cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrin təxribatının qarşısın alarkən Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlu qəhrəmancasına həlak olub.

samit imanov ile ilgili görsel sonucu

Samit Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində dünyaya gəlib. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq "N” hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.


samit imanov ile ilgili görsel sonucusamit imanov ile ilgili görsel sonucu

 Samit İmanov bu il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mayor Samit İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçısının Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Neftçala icra başçısından aprel şəhidi Milli Qəhrəmana hörmətsizlik

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300