Prezident İlham Əliyevin məmurlara dəfələrlə təpinməsi, onlara dövlətə və vətəndaşlara xidmətindən danışması bəzi məmurların ya maraqlarına uyğun deyil, ya da ki, onlar prezidentin çıxışlarına ümumiyyətlə qulaq asmırlar.

Bu barədə AFN-in redaksiyasına müraciət ünvanlayan Ağcabədi rayon sakinləri bildirirlər. Daha sonra qeyd edirlər ki, Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən "Ağgöl” Milli Parkı sözün əsl mənasında məmurların və onların övladlarının, qonaqlarının poliqonuna çevrilib: "Ağgöl” Milli Parkı oranın rəisi Loğman Mehdiyev və onun himayədarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun (hansı ki, L.Mehdiyev həmişə deyir ki, R.Cəlilovun qaynı ilə yaxın dostdur) şəxsi mülkünə çevrilib. L.Mehdiyev və R.Cəlilovun bütün tanış məmurları qış aylarında şənbə-bazar günlərini bu dövlət qoruğunda vaxtlarını səmərəli keçirirlər. Qadağan olunmuş quşlar məmurlar tərəfindən vurulur. Qış vaxtı isə Loğman Mehdiyev oranı bazara çevirir. Ovçulardan pul alaraq parka buraxır, hətta adları Qırmızı Kitaba düşən quşları ovlatdırır”.

Keçmiş MTN rəhbərliyinə "sovqat” göndərib?

L.Mehdiyevlə bağlı irəli sürülən şok iddia isə keçmiş MTN-in yüksək vəzifəlilərinə "Ağ göl”dən "sovqat” göndərilməsidir: "MTN-in bəzi şəxsləri özləri gəlirdilər, biz görürdük. Amma L.Mehdiyevin MTN-in yerli şöbəsinin rəhbərliyi ilə münasibətləri əla idi. Tez-tez onun vasitəsilə Bakıya nadir quşlardan, balıqlardan "sovqat” göndərirdi”.

Şikayət müəllifləri daha sonra qeyd edirlər ki, parkda ovlanması qadağan olunan ceyran, çöl quşları var: "Lakin L.Mehdiyev qoruğun yaxınlığında düzəltdirdiyi balıq gölündə yaxın ətrafdakı rayonlarda yüksək vəzifə tutan, hətta paytaxtdan gələn məmurlara tez-tez "sveji” balıq qonaqlığı təşkil edir: "Həmin gölə Ağgöldən müxtəlif növ balıqlar köçürülüb. Onlar orada süni yolla artırılır və dediyimiz məqsədlə istifadə edilir. Loğman Mehdiyev «brokonyer»lərlə də anlaşma quraraq onlara göldə tor qurmağa şərait yaradıb. Tututlan balıqların 50 faizi direktora verilir. O da həmin balıqları özünün dambasına buraxdırır”.

Mal-qaraya otlaq yeri?

Məktub müəllifləri onu da qeyd edirlər ki, direktor parkda saxlanan şahin quşlarını da satır, üstəlik, o quşların əsas alıcıları ərəb turistlərdir. Özlərini yerli sakinlər deyə qələmə verən şikayətçilər onu da bildirirlər ki, parkın ərazisində mal-qara otarılmasına da icazə verilir: "Biz bunu ürək ağrısı ilə qeyd edirik ki, yerli sakinlər, hansı ki, onlar arasında hətta bizim qohum-əqrəbamız, tanıdığımız insanlar da var, L.Mehdiyevə bu və digər formada "hörmət” edərək öz mal-qaralarını parkın ərazisində otara bilirlər”. 

Müraciət müəllifləri redaksiyamıza xeyli foto da göndəriblər. "Hörmətli, redaksiya, bizim yazdıqlarımıza inanmaya bilərsiz, amma müxtəlif KİV-lərdə dərc olunan bu fotolar bütün həqiqəti çılpaqlığı ilə ortaya qoyur” – deyə yerli sakinlər məktubun sonunda qeyd edirlər.

AFN xatırladır ki, 2003-cü il 5 iyul tarixində ölkə başçısının sərəncamı ilə sahəsi 17,924 hektara qədər genişləndirilən, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan "Ağ göl” Milli Parkında ümumilikdə 500 mindən çox quş qışlayır. Qeyd edək ki, burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı”na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə – çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir.

Bütün qeyd olunanlarla bağlı L. Mehdiyevin özündən mövqe almaq istədik. Lakin milli park rəhbəri yazılanlarla tanış olub, şifahi fikrini bildirsə də, konkret yazılı mövqe təqdim etmədi. Hər bir halda qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 




















Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300