Avropa Parlamenti Gürcüstanla viza rejiminin ləğvinə səs verdi.

 

Fevralın 2-də Avropa Parlamentində keçirilən səsvermədə zalda olan 647 deputatdan 553-ü Gürcüstanla vizasız rejim tətbiq edilməsinə səs verib.

 

66 deputat bunun əleyhinə səs verib, 28 nəfərəsə bitərəf qalıb.

 

Amma bu, Gürcüstanın avtomatik Şengen zonasına daxil olması deyil.

 

Hələ ki, bir sıra texniki prosedurlar var.

 

Qeyd edək ki, Avropa Parlamentinin vətəndaş azadlıqları, hüquq və daxili işlər məsələləri üzrə komitəsi yanvarın 12-də Gürcüstana qarşı vizasız rejim tətbiq edilməsinə səs vermişdi.

 

Qeyd edək ki, Avropa Parlamentinin deputatları hələ ötən il bundan əvvəl "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanla Ukraynaya qarşı viza rejimini ləğv etməyə çağırmışdılar.

 

"Şərq Tərəfdaşlığı” proqramına Ukrayna, Belarus, Moldova, Gürcüstan və Azərbaycan daxildir.

 

Amma Azərbaycan Avropa birliyi ilə bu formatda yox, bərabər hüquqlu başqa formada əməkdaşlığın tərəfdarıdır.

 

Bundan əvvəl Ermənistan da bu prqrama daxil idi.

 

Amma Yerevan sonda Rusiyanın başçılıq elədiyi "Avrasiya İqtisadi Birliyi” nə daxil oldu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300