"Azad Azərbaycan" teleşirkətində yeni təyinat olub. Bu barədə ATV-nin İctimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru Vaqif Aydınoğlu özünün facebook hesabında yazıb. O, bildirib ki, indən sonra ATV-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra etməyəcək. Bu vəzifəyə Turan İbrahimov təyin edilib.

V.Aydınoğlunun facebookda paylaşdığı həmin statusu təqdim edirik: 

"Əziz FB dostlarım və çox hörmətli jurnalist həmkarlarım. Dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarnıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi, hazırda da ATV-nin İçtimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru və "HəftəSonu" analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalmızda yeni yaradılan (İctimai siyasi məsələlər və İctimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarnızı mənə yox, Turan bəyə ünvanlayasınız". 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300