Fevralın 2-də 50 nəfərə yaxın adam Müsavat Partiyasının qərargahı önündə etiraz aksiyası keçirib. Bunu Turan-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Onun sözlərinə görə, aksiyaya səbəb Müsavat Partiyası rəhbərliyinin və partiyanın keçmiş başqanı İsa Qəmbərin hakimiyyətin ünvanına tənqidlər səsləndirməsidir. "Yanvarın 31-də 1918-20-ci illər Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı  Novxanı kəndində keçirilən tədbirdə mövcud hakimiyyətin ünvanına ciddi tənqidlər səsləndi, hakimiyyət avtoritarlıqda, qeyri-demokratiklikdə suçlandı”, -G.Aslanlı bildirib.

G.Aslanlının fikrincə, bugünkü etiraza toplaşanlar öz aləmlərində Novxanıdakı tənqidlərə cavab reaksiyası nümayiş etdiriblər.

Müsavat rəsmisi hesab edir ki, ora toplaşanlar öz mövqelərini yox, hakimiyyətin mövqeyini, səviyyəsini ifadə ediblər və belə ssenarilər Müsavat Partiyasına  tanışdır.

G.Aslanlı bildirib ki, Müsavat Partiyası qərargahı önünə toplaşanlar  "Yaşasın Heydər Əliyev, yaşasın İlham Əliyev, rədd olsun İsa Qəmbər, rədd olsun Arif Hacılı, rədd olsun Müsavat Partiyası!”  şüarlarını səsləndiriblər.

G.Aslanlı bildirib ki, Müsavat Partiyası önünə toplaşanlar ora polisin müşayətilə gəliblər, aralarında  mülki geyimli polis nəfərləri də olub.

G.Aslanli bu hadisənin partiya rəhbərliyində müzakirə olunacağını və dəyərləndiriləcəyini də bildirib

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300