MTN "işi"ndə olan daha bir şəxslə bağlı faktlar üzə çıxıb. Beləki, "Sədərək" Ticarət mərkəzinin sahibi "gizli radikal müxalifətçi" adlanan Yusif Qədimbəyli, Eldar Mahmudova dövlət çevrilişi üçün 10 milyon nəğd pul verdiyi iddia olunur.
 
Bu barədə azerinews.tv-yə Y.Qədimbəylinin yaxınlarından biri məlumat verib. Həmin şəxs hadisəni belə izah etdi:" Eldar Mahmudov nazir olan vaxt Y.Qədimbəyli nazirliyə çağırılaraq, onunla vacib məsələni danışacağınə bildirir. Səhər saatlarında nazirliyə gedən Yusif, bir neçə saat davam edən görüşdən sonra kassirinə zəng edərək, iki günə 10 miliyon hazırlamağını tələb edir. Vədə tamam olan vaxt 10 miliyon dollar, gecə saatlarında Mahmudovun restoranında ona çatdırılır. Pulu Mahmudova verən Qədimbəyli işlər əla gedəcəyi halda, yaxın günlərdə vəzifə də alacağı xəbərini alır. Bundan xoşhal olan Yusif bəy, bundan sonrada nə qədər pul lazımsa verə biləcəyini deyir".

Azerinews.tv-yə müraciət edən şəxs onuda bildirir ki, Qədimbəylinin ətrafında olan şəxslərin çoxu hələdə Mahmudovun sadiq dosları və yaxınlarıdır. Yusifin siyasi oyunlarda iştirakı və vəhhabilərlə iş birliyidə hamının dilində əzbərə çevrilib.
 
Bu İŞBAZ iş adamı obyektində Dağıstan və Çeçenistandan gələn radikal təmayüllü şəxslərə qucaq açıb və onlarla dövlətçiliyə qarşı qəsd hazırlaması, onun siyasi oyunlarda iştirak cəhdinə sübutdur. Ticarət mərkəzində belə bir halın olması da səlahiyyətli şəxslərin və qurumların diqqətindən yayınmamalıdır. Çünki məlum hadislərdən sonra devalvasiyaya etiraz edən ilk tərəf "Sədərək" Ticarət mərkəzində işləyənlər və oradan milyonlar qazananlar oldu...

Mövzuya qayıdacağıq.

Qarşı tərəfidə dinləməyə hazırıq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300