ABŞ-ın 7 müsəlman ölkəsinin vətəndaşlarına qoyduğu viza qadağasına İran prezidenti Həsən Ruhani sərt reaksiya verib.

 

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Tehranda çıxış edən Ruhani, Donald Trampın dünyadan xəbərsiz olduğunu deyib.

 

Məlumata görə, H.Ruhani rəsmi Vaşinqtonu İran xalqına qarşı ikiüzlü olmaqda ittiham edib:"Fərqli bir aləmin nümayəndəsi siyasət aləminə gəlib. Bu sahə onun üçün yenidir. Özünün və ətrafındakıların dünyada nələr baş verdiyini anlaması vaxt aparacaq. Bu müddət ərzində də həm öz xalqına, həm də başqa xalqlara zərər verə bilər. ABŞ hökuməti illərdir ki, İran dövlətinə qarşı olsa da, İran xalqının dostu olduğunu iddia edib. İllərdir ki, ABŞ-ın başındakılar pərdə önündə və axrasında fərqli şeylər danışıblar. Lakin bu yeni gələn şəxs (Tramp) xüsusi biri olduğu üçün bu pərdə düşdü və ikiüzlülükləri ortaya çıxdı”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300