Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində ittiham aktı açıqlanıb.

 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, sənəddə Diyarbakır Prokurorluğunun apardığı isintaq tədbirləri çərçivəsində həbs olunan müxalif siyasi liderin 43 ildən 142 ilə qədər azadlıqdan məhrum edilməsi istənilir.

 

İttihamnamədə S.Dəmirtaşın PKK/KCK terror təşkilatının siyasi qanadından məsul şəxs olduğu, həmçinin DTK-da da rəhbər şəxs kimi fəaliyyət göstərdiyi qeyd edilib.

 

Sənəddə HDP həmsədrinə qarşı "Terror təşkilatını idarə etmək və onun təbliğatını aparmaq", "Yığıncaq və nümayişlər haqqında" qanunun əleyhinə çıxmaq, "Xalqı qanunlara əməl etməməyə təhrik etmək" və s. ittihamlar irəli sürülüb.

 

Xəbərdə həmçinin S.Dəmirtaşın yaxın günlərdə hakim qarşısına çıxarılacağı vurğulanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300