ABŞ Konqresi yanında Təhqiqat Xidməti ölkələrin 2014-cü ildə silah ixracatına dair hesabatını açıqlayıb. APA-nın "The New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, ixracatçı ölkələrin siyahısına ABŞ başçılıq edir.

 

ABŞ 2014-cü ildə silah ixracatından gələn gəlirini təqribən 10 milyard dollar artıraraq 36,2 milyard dollara çatdırıb (2013-cü ildə 26,7 milyard dollar).

 

Gəlirin artmasına Qatar, Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə imzalanmış iri müqavilələr səbəb olub. ABŞ bu göstərici ilə dünya silah bazarının 50 faizinə nəzarət edir.     

 

Siyahıda ikinci yerdə Rusiya Federasiyası gəlir. Şimal qonşumuz 2014-cü ildə silah satışından 10,2 milyard dollar gəlir əldə edib (2013-cü ildə 10,3 milyard dollar).

 

Üçüncü yerdə İsveç (5,5 milyard dollar), dördüncü yerdə Fransa (4,4 milyard dollar), beşinci yerdə isə Çin gəlir (2,2 milyard dollar).(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300