Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi komaya düşüb

Bu barədə Politika.Az-ın əldə etdiyi məlumata görə,Fərhad Səfərov 1 həftə öncə qəfildən şəkərinin kəskin artması nəticəsində koma vəziyyətinə düşüb və Bakıya xəstəxanaya qaldırılıb.

Baş həkimin ölüm vəziyyətinə düşməsinin səbəbi var. İddialara görə, F.Səfərovun kritik duruma düşməsinin səbəbkarı Şirvanın icra başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov olub.

Deyilənə görə, M.Camalov baş həkimə ötən ilki aylarda olan aylıq pulun azaldılmamasını bildirib. Baş həkim Fərhad Səfərov isə bu ilki büdcənin məlum iqtisadi böhran ucbatından kəsildiyini və əvvəlki illərin qazancının olmadığını desə də, icra başçısı qəbul etməyib.

Politika.Az-a daxil oloan iddialara görə,icra başçısı baş həkimi əlavə qazancı səhiyyə naziri Oqtay Şirəliyevə çatdırmaqda ittiham edib. Bu mübahisə böyüyüb və baş həkim evinə gələrək ciddi əsəb keçirtdiyindən şəkəri qalxıb, komaya düşüb.

O, dərhal Bakıya Sağlamlıq Mərkəzinə aparılıb. Deyilənə görə, M.Camalovla F.Səfərovu üz-üzə qoyan icra başçısının humanitar məsələlər üzrə müavini Elmira Ağayeva olub.

Baş həkim komaya düşəndən sonra Elmira Ağayeva xəstəxanaya gedib. Xəstəxanada baş həkimin əvəzindən göstəriş və tapşırıqlar verir.
İddialara görə, M.Camalovu idarə, müəssisə rəhbərləri ilə üz-göz edən Elmira Ağayevadır.

Yazıda adı keçən tərəfləri bu iddialarla bağlı dinləməyə hazırıq.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300