Mirvari Məhrəmanlı: "Təhdidlərlə bağlı müvafiq orqanlara müraciət etməyi planlaşdırıram”

"Bu cür təhdid dolu yazılar son vaxt ölkənin neft sektorunda baş verən qəzalara verdiyim şərhlərlə bağlıdır”. Bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkələrdə təhdid olunmsına münasibət bildirərkən,deyib.

M.Qəhrəmanlı son zamanlar intensiv olaraq təhdid olunduğunu deyib: "Bu kimi təhdidlər neft sektorunda ölkənin əmək qanunvericiliyinin pozulması barədə müxtəlif mətbu orqanlarında, sosial şəbəkələrdə gedən açıqlamalarımdan sonra başlayıb. Düşünürəm ki, yazılarımı dayandırmaq üçün kimlərsə (qurumlar) tərəfindən göndərilən növbəti ciddi mesajlardır”.

Hüquq müdafiəçisi, belə təhdidlərin kim(lər) tərəfindən olduğunu təxmin edirsinizmi – sualını belə cavablandırdı: "Güman etdiyim (etdiklərim) var. Açıqlamıram,çünki səhv edə bilərəm. Yazılarımın hədəfləri!!!!

Təhdidlərlə bağlı müvafiq orqanlara müraciət etməyi planlaşdırıram”.

Qeyd edək ki, Aygün İsmayılova adlı bir sosial şəbəkə istifadəçisi Mirvari Qəhrəmanlıya aşağadakı məzmunda məktub ünvanlanıb:

"Hörmətli Mirvari xanim, bəli bu mənim fb səhifəmdir. Çünki əsl səhifəmi bloka atmısınız. Mən yazdığım kommentləri də sililrsiniz. Əslində mən adi bir vətəndaş kimi təhqirdən istifadə etməyərək fikrimi bölüşmüşdüm. Amma mənim fikrim sizin xoşunuza gəlmədiyi üçün silinib, bloka düşdüyü üçün qərar verdim daha dövlət səviyyəsində müraciət edim. Mən hörmətli prezidentimiz İlham Əliyev cənablarına məktub yazmaq qərarına gəldim ki, sizin "Sərçə köməyinizə” dəstək olum. Sizdən fərqli olaraq mən bloka salıb, arxadan iş görmürəm. Məktubun ümumi məzmununu nəzərinizə çatdırmaq istəyirəm. Bəlkə cənab prezidentimiz İlham Əliyevin heç xəbəri yoxdur bu SOCAR-da, Azeriqazda nələr baş verir? Ancaq pis hadisələr baş verir. Heç bir xeyri yoxdursa, elə bağlamaq lazimdir? Bu qədərr hamı pis ola bilməz axı. Yəni orda yaxşı bir insan və hadisə olmur ki, onu bölüşəsiniz? Bu dünyanın krizis vaxtında, Azərbaycanın ağır vəziyyətində, onsuz da büdcədə pul yoxdur. Bu insanlar qızışsa da, qızışmasa da. Bəli, raziyam, duz eləyirsiz "öz sərçə köməyinizlə”. Amma bu artıq düşmənçilik, ancaq neqativi yazmaq. Siz biz kasib camaati qızışdırırsınız. Mən məktubda sizin adınızı, soyadınızı və vəzifənizi qeyd edəcəm ki, sizinlə əlaqə saxlayıb, söhbət eləsinlər. Bezi sitatlarınızın da şəklini çəkib qoyacam məktubun arasına. Siz kömək etmirsiniz, siz insanları qızışdırırsınız. Onsuz da büdcədə pul yoxdur!”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300