ABŞ Prezidenti Donald Trump-ın Britaniyaya planlaşdırılan dövlət səfərinin ləğv edilməsinə çağıran petisiya 1 milyondan artıq imza toplayıb.

Petisiyanı imzalayanların sayı, ABŞ-da immiqrasiyaya həftəsonu qadağaların tətbiq edilməsinə başlanılandan sonra sürətlə artıb.

Baş nazir Theresa May Trump-ın səfər edəcəyi barədə açıqlamanı ötən həftə ABŞ-a səfəri zamanı edib.



Britaniya hökuməti – Downing Street – səfərin ləğv edilməyəcəyini deyib və çağırışları "populist jest” adlandırıb.

Laboristlər partiyasının lideri Jeremy Corbyn Baş naziri, səfəri təxirə salmağa çalışıb.

Petisiyanı Graham Guest adlı hüquqşünas başlayıb. O deyir ki, məqsədi cənab Trump-ın hərəkətlərinə diqqəti çəkməkdir.

O Press Association xəbərlər agentliyinə deyib: "Dövlət səfəri onun prezidentliyini legitimləşdirir və o, foto çəkimləri və Kraliça ilə bir yerdə görünmək şanslarından yenidən president seçilməsi üçün istifadə edəcək”.

Ötən cümə günü cənab Trump ABŞ qaçqınlar proqramının 120 gün müddətinə dayandırılmasına göstəriş verən fərman imzalayıb.

Fərmana görə, Suriya qaçqınlarının ölkəyə gəlişi qeyri-müəyyən müddətə qadağan olunur və yeddi müsəlman ölkəsindən gələnlərin ölkəyə girişi müvəqqəti dayandırılır.

Bu qərarın icrasına başlanması dünya boyunca hiddət və etirazlara səbəb olub.

Şənbə günü petisiyaya 60 imza atılsa da, bazar günü 100 000-ə çatıb – bu, Parlamentin onu müzakirə etməsi üçün yetərlidir. Bir gün sonra isə imzaların sayı 1 milyonu keçib.

Britaniya Parlamenti petisiyanı çərşənbə axşamı günü müzakirə edəcək.

(bbc azəri)



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300