Mamontun çanaq sümüyü saxlanılan muzey

 

Ölkəmizin qədimdən yaşayış məskəni olduğunu sübut edən eksponatlar məhz bu məkanda toplanıb, qorunub, saxlanır.

 

ARB 24 xəbər verir ki, Tovuzun Əyyublu kənd sakini Mübariz Mehralıyev həvəskar kolleksiyaçıdır.

 

Çalışdığı emalatxanada öz imkanları hesabına maddi mədəniyyət nümunələrini toplayaraq bu cür kiçik muzey ərsəyə gətirib.

 

Mübariz Mehralıyev - Kolleksiyaçı: "Eramızdan əvvəl 1500-2000 ci illəri əhatə edən eksponatlarımız var. Nimçə halında xüsusi eksponatımız var ki, kəndimizin ərazisində yerləşən törətəpə deyilən qəbirsanlıqdan tapılıb. 9-10 minə yaxın yaşı olduğu təxmin edilir.

 

Eksponatların içərisində sərgilənən çəkisi 1 ton 500 kq olan küpün hansı dövrə aid olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bundan başqa üzərində rus Çariçası II Yekatirinanın şəkili olan, həmçinin 19-cu əsrin əvvəli və sonlarına aid kağız və dəmir pullar da bura gələnlərin diqqətini çəkir. Ən maraqlı nümunələrdən biri isə Əyyublu kəndi ərazisində tapılan daşa oxşar eksponatdır. Hamı onu daş parçası zənn etsə də müzeyin sahibinin iddiasına görə, bu, Mamontun çanaq sümüyüdür.

 

Kənardan kiçik görünsə də burada iki mindən çox qədim əşya saxlanılır. Bu texnika keçmişdə bir bəyə məxsus olub. Xüsusi üsulla yığılıb və ot biçimində istifadə olunurmuş. Mübarizin kitabxanası da var və burada yer alan kitabların oxucuları da az deyil.

 

Müsahibim deyir ki, hər ay eksponatların sayı daha da çoxalır. Ona bu işdə dostları, zəngin tarixi keçmişimizə dəyər verən insanlar kömək edirlər. Harada qədim əşya görsə dərhal onu müəyyən məbləğ qarşılığında əldə etməyə çalışır.

 

Mübariz Mehralıyevin gələcəklə bağlı planları var. O, eksponatlarının sayını çoxaltmaqla yanaşı, həm də səliqəli, böyük və diqqətçəkən muzey açmaq istəyir.

 

Bu gün Əyyublu kəndindəki orta məktəblərin şagirdləri də buradakı eksponatlardan faydalana bilirlər. Tarix dəsrslərində qədim keçmişimizə aid alət və əşyaları,döyüş silahlarını əyani görmək üçün şagirdlər müəllimləri tərəfindən buraya ziyarətə gətirilirlər.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300