İsrailin keçmiş baş naziri və keçmiş müdafiə naziri, yəhudi dövlətinin ən nüfuzlu siyasətçilərindən biri olan Ehud Baraka  qarşı korrupsiya şübhəsi ilə təhqiqat aparılır.

Uluyol.info "Virtualaz.org"-a  istinadən xəbər verir ki, İsrailin istintaq orqanları Ehud Barakın Azərbaycanla "şübhəli pul sövdələşməsini” araşdırır. "Haaretz” qəzetinin yazdığına görə iki həftə əvvəl İsrailin baş prokuroru İequda Vaynşteyn keçmiş baş nazirdən Azərbaycanın "iri dövlət şirkətlərindən biri ilə” bütün elektron yazışmalarını istintaqa verməyi tələb edib.

Qəzetin yazdığına görə polis Ehud Baraka qarşı təhqiqatı Bakının ona bir neçə yüz min dollar ödədiyi məlum olandan sonra başladıb. Bu məbləğin Eud Baraka "məsləhət xidmətlərinə görə ödənildiyi” bildirilir. Lakin versiyalardan birinə görə bu, rüşvət ola bilər.

İsrail hökumətindəki mənbələ isə deyiblər ki, əgər Ehud Barakın yazışmalarının öyrənilməsi polisin başlatdığı təhqiqatda dramatik dəyişikliklərə səbəb olmasa Yequda Vaynşteyn keçmiş baş nazirə və müdafiə nazirinə qarşı qaldırılmış işin bağlanmasına sərəncam verəcək.

Binyamin (Fuad) Ben-Eliezer

Ehud Barak Azərbaycanla korrupsiya əlaqələrində şübhəli hesab edilən ilk İsrail xadimi deyil. Virtualaz.org xəbər vermişdi ki, bundan əvvəl İsrailin sabiq müdafiə naziri və "Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezer də Azərbaycandan silah satışına görə rüşvət almaqda şübhəli bilinmişdi.

İstintaqın nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub.İsrail prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, "Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, "çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.

İstintaq İsrail siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittihamlar da irəli sürüb.

ULUYOl.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300