Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edəcək
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Məlumata görə, səfər zamanı iki ölkənin müdafiə nazirləri arasında danışıqlar aparılacaq.
Səfər yanvarın 30-na nəzərdə tutulub.
"Sarkisyanın səfərində əsas məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələrin davam etdirilməsidir", - deyə qeyd edilib. (azvision.az)