Məxfiliyi ləğv edilmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədlərində Vaşinqtonun rəsmi Ankaranı 1974-cü ildən əvvəl Kipr münaqişənin həllindən uzaq saxlamağa çalışdığı bildirilib.

Axar.az xəbər verir ki, sənədlərdə adanın Yunanıstana birləşdirilməsi üçün EOKA (Kiprlilərin Milli Müqavimət Hərəkatı) təşkilatının lideri Nikos Sampson tərəfindən Kiprin keçmiş lideri Makariosa qarşı çevriliş planının hazırlandığı bəlli olub.

Məlumata görə, çevriliş planı ilə bağlı ABŞ Dövlət katibi Henri Kissincerin başçılığı ilə "Vaşinqton Xüsusi Əməliyyat Qrupu” adlı toplantı baş tutur. Həmin toplantıda Kissincer iştirakçıların fikirlərini öyrənir və Kipr siyasətini müəyyənləşdirməyə çalışır:

"Kissincer TBMM-də (Türkiyə Böyük Millət Məclisi) 18 iyul toplantısının nə anlama gəldiyini soruşanda MKİ direktoru Villiyam Kolbi Türkiyənin Kiprə ordu qüvvələri yeritmək niyyətində olduğunu bildirir. Dövlət katibi isə "Buna inanmıram. Makariosu yenidən iqtidarda görmək istəmələrinə inanmıram" deyir. Daha sonra çıxış edən Dövlət katibinin müavini Cozef Sisko Ankaranın Kiprə müdaxiləsinin iki məqsəd daşıyacağını bildirir: Adadakı türk əhalini qorumaq və oranın Yunanıstanın "enosiz” siyasətinin qarşını almaq”.

Bunları dinləyən Kisincer isə sözünə belə davam edir:

"Məqsədlərimizdən biri bu məsələnin beynəlxalq ajiotaja çevrilməsinin qarşısını almaq və əgər daxili müharibə başlayarsa, kommunistlərin bundan istifadə etməsinə qarşı özümüzü hazırlamaqdır. Edəcəyimiz ilk şey Yunanıstanı təhlil etmək və türkləri bu məsələdən kənarda tutmaqdır”.

Qeyd edək ki, sənəddə Kiprdə həyata keçirilən 15 iyul qiyamından sonra ABŞ hökumətinin adaya ordu göndərməklə bağlı planlarının olduğu da bildirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300