Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən ölkə vətəndaşları üçün vahid qiymət müəyyənləşdirib.

 

Bu barədə "Report"a QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

 

Onun sözlərinə görə, bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün nəzərdə tutulan məbləğ də ötən illə müqayisədə aşağıdır: "Belə ki, 2016-cı ildə Həcc ziyarəti üçün iki qiymət - 3 500 və 4 500 ABŞ dolları nəzərdə tutulmuşdu. Bu il isə bütün zəvvarlar üçün vahid qiymət - 3 850 ABŞ dolları müəyyənləşdirilib".

 

H.Babayev bu il kvotanın azaldıldığını bildirib: "Ötən il Azərbaycandan Həcc ziyarətinə 1040 zəvvar gedib. Bu ilə isə kvota 600 nəfər müəyyənləşdirilib. Bu məsələdə əhalinin maliyyə vəziyyəti də nəzərə alınıb. Həcc ziyarətinə ikinci dəfə gedəcək müsəlmanlardan 530 dollar əlavə vəsaitin alınması da nəzərdə tutulmayıb. Zəvvarlar üçün nəzərdə tutulan niyyət protokolunda belə bir şey qeyd olunmayıb".

 

O, həmçinin Azərbaycandan fiziki qüsurlu insanların Həcc ziyarətinə demək olar gedə bilmdiklərini söyləyib: "Gözdən əlil vətəndaşın yanında mütləq bir nəfərin olması şərti ilə ziyarətə gedə bilir. Amma hərəkət edə bilməyən və digər daha ciddi qüsuru olan insanların ziyarətə getməsi çox çətindir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300