ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Suriyadan olan qaçqınları qəbul etməkdən və müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən imtina edən prezident Donald Trampa cavab olaraq islamı qəbul etməyə hazır olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə o, özünün "Twitter” səhifəsində yazıb. "Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır”, – deyə M. Olbrayt bildirib.

Sabiq dövlət katibi səhifəsinə Azadlıq heykələnin fotosunu da yerləşdirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300