Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun səhhəti pisləşib.

Bu barədə jurnalistin xanımı Faiqə İbişbəyli məlumat verib.

Onun sözlərinə görə, dəfələrlə həbsxana rəhbərliyinə müraciət edilsə də, jurnalistin səhhəti ilə maraqlanan olmayıb:

"Bu gün Fikrət Fərəməzoğlu zəng etmişdi. Dişlərinin və böyrəklərinin ağrısı o həddə çatıb ki, artıq dözə bilmir. Dəfələrlə həbsxana rəhbərliyinə müayinə və müalicə olunması üçün müraciət edib. Ancaq bu müraciətlərə məhəl qoyan olmayıb”.

Jurnalistin xanımının sözlərinə görə, F.Fərəməzoğlu Qızıl xaç Komitəsinə zəng edərək onlardan yardım istəyib:

"Bu gün Qızıl Xaç Komitəsinin əməkdaşları Fikrətlə görüşüb. Bildiriblər ki, sabah həkim müayinəsi olacaq. Onlara təşəkkür edirəm”.(vizual.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300