Bir il əvvəl həyat yoldaşı ilə birlikdə Suriyaya gedən azərbaycanlı qadın öldrülüb. Hadisənin ən dəhşətli tərəfi isə azərbaycanlı qadının yanında olan 2 azyaşlı övladının da faciəli şəkildə dünyasını dəyişməsidir.

 

Musavat.com-un əldə etdiyi məlumata görə ana və övladları Suriyanın döyüşlər gedən bölgələrindən birində faciəli şəkildə ölüblər. Onların ölümünə səbəb isə ailənin yaşadığı ərazinin bombalanması olub.

 

Əldə etdiyimiz məlumata görə bir neçə gün əvvəl baş verən hadisədə ölən qadın Arzu Əcmidir. Onunla birlikdə həlak olanlar isə 7 yaşlı qızı və 3 yaşlı oğlu olub.

 

Arzu Əcmi 2015-ci ilin əvvəlində əri Fikrət Əliyevlə birlikdə Suriyaya getmişdi.

 

İŞİD silahlı terror qruplaşması tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev ailəsini də özü ilə birlikdə Suriyaya aparmışdı.

 

Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev Suriyaya getdikdən 4 ay sonra döyüşlərdə öldürülmüşdü.

 

Onun meyitinin hazırda döyüş gedən bölgələrdə qaldığı deyilir. 

 

İlkin Muradov, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300