Aprel döyüşlərində şəhid olan Röyal Nəsirovun ailəsi oğlunun dövlət tərəfindən onlara ayrılan 11 min manat sığorta pulunun verilmədiyindən şikayətçıdır.

Bu barədə Missiya.Az-a məlumat verən şəhidin atası İmran Nəsirovun sözlərinə görə, sığorta pulu Cəlilabad şəhər İcra Hakimiyyəti tərəfindən verilməlidir.

«Mən dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm. Amma müraciətlərim heç bir nəticə verməyib.  Bu pul mənim haqqımdır. Dövlət tərəfindən bizə ayrılan pulu nəyə görə, İcra Hakimiyyəti yeməlidir»,-deyə şəhidin atası bildirib.

Şəhid Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində kəndində anadan olub.

1069.jpg
İmran Nəsirov - şəhid Röyal Nəsirovun atası

Röyal Nəsirov  2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub. O,Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində  Qapanlı kəndi ətrafında gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şəhidimizin 40 mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və rayonun digər yüksək çinli məmurları iştirak etsə də, yas mərasimindən sonra Röyalın ailəsinə müvafiq yardım göstərilməyib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

İdrak Camalbəyli, missiya.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300