ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ictimaiyyətə açdığı sənədlərdə Suriya və Yunanıstanın terror təşkilatlarına ciddi dəstək verdiyi yer alıb.

 

Axar.az xəbər verir ki, 1 iyul 1987-ci ildə MKİ direktorunun müavini Robert Qeytsə təqdim olunan "Terrorla mübarizə: xəbərdarlıq və təxmin” başlıqlı hesabatda Suriya və Yunanıstanın başda PKK və ASALA olmaqla bir neçə terror təşkilatına yardım etdiyi bildirilib.

 

Yunanıstan

 

MKİ o dövrdə Yunanıstanın baş naziri olmuş Andreas Papandreu və lideri olduğu Ümumyunan Sosialist Hərəkatı (PASOK) hökumətinin erməni terror təşkilatı ASALA-ya dəstək verdiyini müəyyən edib. Bu dəstək o qədər ciddi olub ki, təşkilat paytaxt Afinada gizli ofis belə açıb:

 

"Xarici terror təşkilatları Yunanıstanda fəaliyyətini gücləndirib. Bu qruplar arasında Hizbullah, Əbu Nidal Təşkilatı (ANO) və ASALA da var. Yunan hökuməti bu qrupların fəaliyyətinin qarşısını almaq üçün heç bir tədbir görməyib və hökumətdə bu qruplaşmalara "yaşıl işıq” yandırılıb. ASALA-nin Afinada gizli ofisi var”.

 

Suriya

 

MKİ sənədlərində Suriyanı təkbaşına idarə edən Hafiz Əsədin radikal dini qruplaşmalara dəstək verdiyini, Dəməşq rəhbərliyinin bu qruplaşmalardan Yaxın Şərqdə istifadə edəcəyi yazılıb:

 

"Dəməşq PKK ilə əlaqələrini genişləndirir və yaxın zamanda İran körfəzində terror hücumları reallaşdıran iki təşkilata (PKK və Əbu Nidal Təşkilatı) sığınacaq verməyi təklif edib. Suriyanın bu addımları taktiki əhəmiyyət daşıyır və müvəqqətidir. Dəməşq bu qruplaşmalardan əsasən, Yaxın Şərq ərazisində istifadə edəcək”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300