Salyanda 1908-ci ilə aid tarixi bina dağılıb gedir. Bu barədə feysbuk fəalı Nicat Abdullah öz səhifəsində həyəcan təbili çalır.

"Salyan da erməni işğalındadır? Ya Sevindik Hətəmovun (rayonun icra başçısı – red.) Azərbaycan tarixi ilə ciddi bir problemi var?”, – deyə sual edən fb fəalı yazır ki,1908-ci ildə inşa edimiş tarixi bina baxımsızlıqdan xarabalığa çevrilib. "1918-ci ildə erməni daşnaklarının törətdikləri qətliamın qarşısını almaq üçün Azərbaycana gəlmiş Nuru Paşa, Ənvər Paşa, Ömər Paşa məhz bu binada yerli könüllülərlə birgə döyüş planı hazırlayıb. Və bu plan əsasında ermənilər Salyan şəhəri yaxınlığında darmadağın ediliblər. 2014-ci ildən bina qəzalı vəziyyətdədi”, – deyə N.Abdullah məlumat verir.

Sonda o, hökumətə tənə də edir: "Bolqarıstan, Kosova, Çexiya xarabalıqlarının təmirinə, bərpasına pulu tez taparsız…”.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300