Dekabrın 25-də Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Bakının Xudafərin Şadlıq Sarayında Borçalı İctimai Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi Gürcüstan Türkllərinin Həmrəylik Bayram mərasimi keçirilib. Mərasim Dövlət Himni və Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükutla başlanıb.
 
Aparıcılar Elbəyi Cəlaloğlu və Güllü Seyidlinin Həmrəylik Bayramının önəmi haqda qısa çıxışlarından sonra giriş nitqi ilə söz Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq mərasim iştirakçılarını təbrik etdikdən sonra Azərbaycan- Gürcüstan münasibətlərdə Borçalı Cəmiyyətinin hər zaman konstruktiv mövqeyinə işarə edərək bu prinsipin heç zaman dəyişməyəcəyini bildirib və Gürcüstan hökumətinin də son zamanlar Borçalı Cəmiyyətinə qarşı qeyri-məntiqi yanaşmasının tezliklə dəyişəcəyinə ümidvar olduğunu ifadə edib.

Sonra ötən ilin sonuclarına görə mükafatlandırma mərasimi başlanıb. Öncə akademik Zahid Xəlilov adına Türklüyə Xidmət Mükafatları sahibləri -professor Telman Əliyev, millət vəkili Qənirə Paşayeva,xalq artisti Flora Kərimova, Güney Azərbaycanlı tanınmış ozan Araz Elsəs və Gürcüstanın əski millət vəkili Ramiz Bəkirova təqdim olunub.

Təqdimat zamanı çıxış edən tanınmış ictimai xadim Şirməmməd Hüseynov Borçalı Cəmiyyətinə Gürcüstan - Azərbaycan münasibətlərinə və dövlətçilik ənənəsinə xidmətini yüksək dəyərləndirərək bu fəaliyyətlərin davamlı olmasını diləyib.
 
Yüksək mükafatı almasından qürur duyduğunu ifadə edən Qənirə Paşayeva isə Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması ilə bağlı qərarın tezliklə götürülməsi üçün əlindən gələni edəcəyini dilə gətirib.

İlin Şərəf Medalı nominasiyalarına isə mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Axısxa Türkləri Birliyinin sədri İbrahim Burhanov, Borçalının saz və söz ustaları Savalan Əhmədoğlu, Mirzə Maşov, Akif Qaralov, Neli Məmmədova, Murad Sarıyev, habelə Anar Rafiqoğlu, Kanal13Tv-nin yaradıcı kollektivi, Azad Azərbaycan Tv-nin əməkdaşı Vaqif Aydınoğlu, Məhəmməd Mustafayev, Türkiyədən Yıldıray Aydemir, Şuşa-Elat Muğam üçlüyü layiq görülüblər.

Qocaman aşıq Mahmud Məmmədov və şair Ələddin Qaradağlıya da fəxri diplomlar təqdim olunub. Şah İsmayıl Xətai fondunun təsis etdiyi "Türk Dünyası Dostluq Ordeni" də ilk sahiblərinə qovuşub. Fondun sədri Təvəkkül Səfəvi tərəfindən ordenlər Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Qars Sərhəd Boyları Dərnəyinin sədri Məhərrəm Yıldız və Dünya Qarapapaq Türkləri Birliyinin sədri Seyfullah Türksoya təqdim edilib.
Mərasim bədii hissə ilə davam edib.
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300