Bu gün Moskvanın "Şeremetyevo” hava limanında 2015-ci ildə Rusiya polisi tərəfindən həbs edilmiş "qanuni oğru”, 41 yaşlı Cemal Mikeladze ("Cemo”) İtaliya polisinə təhvil verilib.

 

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Cemo İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri – mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların "yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.

 

2016-cı ilin mart ayına kimi Cemo Rusiyanın Kemerovo şəhərində həbs cəzası çəkib, sonradan Moskvaya etap olunub.

 

Kriminal dünyaya yaxın mənbələrin məlumatına görə, Cemonun polisin əlinə düşməsində onun düşməni, "qanuni oğru” Diplomat Vaqifin (Vaqif Bakinski kimi də tanınır) də "əməyi” olub.

 

51 yaşlı, Gürcüstanda anadan olub sonradan Bakıda yaşamış Vaqif Süleymanovun Cemal Mikeladze ilə ilk münaqişəsi 2010-cu ilə təsadüf edir. Eyni ildə Diplomat Vaqifin adamları ilə mərhum Rövşən Lənkəranskinin adamları arasında da münaqişə baş verib.

 

Qeyd edək ki, Diplomat Vaqif digər "qanuni oğru” Rafiq Eyvazovla (Masallı Rafiq) yaxınlığı ilə seçilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300