Hazırda İspaniyanın "Real Madrid" klubunda çalışan braziliyalı Roberto Karlos Türkiyədə baş məşqçi olaraq fəaliyyət göstərə bilər.

 

"Report"un "Ajansspor"a istinadən verdiyi məlumata görə, bu barədə Super Liqada çıxış edən "Alanyaspor" klubunun prezidenti Hasan Çavuşoğlu açıqlama verib.

 

Baş məşqçi Hüseyin Kalpar ilə yollarını ayıran klubun prezidenti namizədlərin siyahısında braziliyalının da olduğunu söyləyib: "Karlosun adı bizim siyahıda yer alıb. Həmin Siyahı İdarə Heyətinə təqdim edilib. O, hazırda "Real Madrid"də işləyir və qazancı təxminən 1 milyon avrodur".

 

Qeyd edək ki, Roberto Karlos "Fənərbağça"da futbolçu kimi çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra isə Türkiyənin "Sivasspor" və "Akhisar" komandalarında baş məşqçi olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300