Boavişta" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyasının İntizam Şurası tərəfindən 3 oyunluq cəzalandırılması ilə əlaqədar bəyanat yayıb.

"Report"un məlumatına görə, rəsmi açıqlamada qərarın təəssüf və kəskin etirazla qarşılandığı bildirilir.

Klub cəzanın həddən artıq olduğunu vurğulayaraq, hamının "Benfika" futbolçularının aktyorluq və təxribata çəkmə cəhdlərinə şahidlik etdiklərini diqqətə çatdırıb. "Boavişta" bu halda Ağayevin reaksiyasına haqq qazandırmasa da, 100-dən çox yaşı olan komandaya qarşı ayrıseçkilik edildiyini açıqlayıb:

"Kimsə bu yolla edəcəyi haqsızlığın bizə təsir göstərəcəyini və susacağımızı düşünürsə, yanılır. Biz öz müstəqil və çətin yolumuza davam edəcəyik. Etiraf etməliyik ki, oyunçumuza verilən cəza həmin epizoda baxanda adekvat deyil. Amma, xüsusən daha ağır cəzaların verildiyi halları görərək, cəzanın miqyası ilə razılaşmalıyıq".

Sonda "Boavişta" azad və müstəqil klublara qarşı ayrıseçkilik hallarına qarşı dinc yolla mübarizə aparacağına təminat verib.

Qeyd edək ki, Kamran Ağayev Portuqaliya çempionatında 3:3 hesabı ilə nəticələnən XVII tur qarşılaşmasının final fitindən sonra "Benfika" futbolçuları ilə münaqişəyə girib. Bu səbəbdən birbaşa qırmızı vərəqə alan azərbaycanlı qapıçı 3 oyunluq cəza və 1530 manat cəriməyə məruz qalıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300