Cümə axşamı günü gecədən xeyli keçmiş ABŞ paytaxtının mərkəzində seçilmiş prezident Donald Trampın tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib.

 

Hadisəyə müdaxilə edən polis vəziyyətin kəskinləşməsinə yol verməmək və daha ciddi insidentlərin qarşısını almaq məqsədilə gözyaşardıcı qaz işlədib.

 

Associated Press agentliyinin məlumatına görə, Trampın tərəfdarları şənlik etmək üçün Milli Mətbuat Klubu binasının qarşısında toplaşıblar. Bir qədər aralıya isə yeni prezidentin əleyhdarları yığışıb. Tərəflər arasında əvvəlcə söz davası gedib. Bundan sonra Trampa dəstək olaraq əlində bayraq tutmuş şəxsin üstünə qarşı tərəfdən zibil atılıb. Daha sonra bir neçə nəfər onun üstünə şığıyıb. İdarə olunmayan kütləni nəzarət altına almağa cəhd göstərən polis gözyaşardıcı qaza əl atmalı olub.

 

Dünən, həmçinin Donald Trampın doğma şəhəri Nyu-Yorkda da onun dövlət başçısı seçilməsinə qarşı etiraz aksiyası keçirilib. Manhettendəki Trump Tower göydələninin yaxınlığına toplaşmış aksiya iştirakçıları arasında şəhərin meri Bill de Blazio, din xadimi Alfred Şarpton, rejissor Maykl Mur, aktyorlar Robert de Niro, Alek Bolduin və Mark Ruffalo da olub.

 

Qarşıdakı günlərdə Amerikanın bir çox şəhərlərində, o cümlədən Vaşinqtonda analoji aksiyaların keçiriləcəyi gözlənilir.(AzərTAc)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300