«Azərsu» rəhbərinin Nərimanov rayonunda inşa etdirdiyi bahalı ev göz qamaşdırır. Azərbaycanda iri məmurların böyük imkanlara sahib olması sirr deyil. Onlarla bağlı məlumatlar da həmişə oxucular üçün maraqlı olub.

 

Tia.az-ın apardığı araşdırmaya əsasən daha bir məmurun bahalı villasının yeri müəyyənləşdirilib. Belə ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun Nərimanov rayonu ərazisində yerləşən villasının ümumi dəyərinin 5 milyon dollardan çox olduğu bildirilir.

 

Qeyd edək ki, 9 mərtəbəli binaların yaxınlığında yerləşən həmin villanın hündürlüyü heç də kiçik deyil. Tia.az bildirir ki, 5 mərtəbəli bina hündürlüyündə olan və 3 mərtəbədən ibarət olan həmin yaşayış kompleksinin böyük bir ərazidə inşa edildiyi də hamıya məlumdur.

 

Bildirək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun belə bahalı evə sahib olması heç də çətin məsələ sayılmır. Ona görə ki, sözügedən qurumun adı daha çox korrupsiyada hallanıb. İndiyə qədər mətbuatın yazdıqlarından belə anlaşılır ki, bir sıra iri layihələrin həyata keçirilməsi işlərini həyata keçirən ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarının olduğu inkar edilməyib.

 

Onu da vurğulayaq ki, Qorxmaz Hüseynovun təkcə bir yerdə deyil, bir neçə yerdə bahalı villalarının olduğu da gələn məlumatlar arasındadır. Hazırda onların yerləşdiyi əraziləri müəyyənləşdirib, bilgilər topladıqdan sonra məlumat verəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300