İnzibati qaydada 200 manat cərimə olunan bloqqer Mehman Hüseynov həmin vəsaiti toplamaqdan ötrü başlatdığı "qəpik aksiyası"nı başa çatdırıb. Artıq 200 manat dəyərində qəpiklər hazırdır.

 

Aksiyaya qoşulan hər kəsə təşəkkür edən bloqqer bildirib ki, peşkəş edilən hər qəpik ondan ötrü əzizdir.

 

M.Hüseynov deyib ki, hökumət onu heç nədən 200 manat dəyərində cəzalandırıb. "Sizin 200 manat pula ehtiyacınız var idi? Buyurun, pullar hazır", - bloqqer qeyd edib.

 

O, cəriməni gələn həftə ödəyəcəyini də bildirib.

 

Bloqqer ironiya ilə ölkədəki iqtisadi duruma da toxunub. "Xəbərim var ki hökumətimiz bir çox vətəndaşa maaşlarını verə bilmir, yaşlı vətəndaşlarımız pensiyalarını, sosial müavinətlərini ala bilmir. Bunun bütün səbəbi mənəm. Çünki dövlət büdcəsi boşalıb, yuxarıdakılar isə mənim yolumu gözləyirlər ki, bir təhər büdcəni doldursunlar", - bloqqer vurğulayıb.

 

Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

 

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

 

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov M.Hüseynovun işgəncə ilə bağlı dediklərini yalan adlandırmışdı.///azadliq.org

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300