Yevlax rayonunda canavarlar şəxsi fermaya girərək 120 baş qoyunu parçalayıblar.

 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Daşkəsən rayon sakini Əbülfəz Orucovun təsərrüfatında baş verib. Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 150 baş qoyundan 120-ni parçalayıblar. Ə.Orucov səhər saatlarında heyvanları örüşə çıxaran zaman 110 baş qoyunun tələf, 10-nun isə yaralı olduğunu görüb.

 

Təsərrüfat sahibi yırtıcıların hücumu zamanı ərazidə olan itlərin də onlara müqavimət göstərə bilmədiklərini bildirib. Canavarların məhv etdiyi xırdabuynuzlu heyvanların cəsədləri Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən dərin çala qazılaraq basdırılıb. Ərazidə dezinfeksiya işləri aparılıb.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300