Yeni il gecəsi İstanbuldakı "Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən və yanvarın 16-na keçən gecə Esenyurtda yaxalanan terrorçu Abdulkadir Maşaripovla bağlı yeni məlumatlar üzə çıxıb.

 

Lent.az xəbər verir ki, "CNNTürk” Raqqadan təlimat aldığını etiraf edən terrorçunun pulu da həmin qaynaqdan əldə etdiyini yazıb. Qeyd edilib ki, Maşaripovu idarə edən Hoca Akın adlı şəxs İŞİD-in Türkiyə əmiridir və əsl adı İlyasdır. Onlar internetdəki mesajlaşma proqramlarından biri vasitəsi ilə daim əlaqədə olub.

 

Bildirilir ki, İstanbul polisi əməliyyat keçirərkən terrorçu qaçmaq planı üzərində işləyirmiş. Həmin vaxt digər İŞİD üzvləri Maşaripovu gizli yollarla Türkiyədən çıxarmaq üçün hazırlıq görüblər. Onlar Maşaripovu Raqqaya çatdırmaq istəyiblər.

 

Məlum olub ki, hadisədən sonra Maşaripov yaş yarımlıq qızı və həyat yoldaşından ayrılıb və 4 yaşlı oğlu ilə gedib. Lakin əməliyyat keçirilən evdə uşaq tapılmayıb. Polis hazırda həmin uşağı axtarır.

 

O da bildirilir ki, polisin mənzilə basqını zamanı terrorçu onlara yalvararaq "Lütfən, məni öldürməyin” deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300