Rusiya soyuq müharibədə Beynəlxalq birliyə məğlub olacaq.

Bu fikri Milli Strateji Düşüncə Mərkəsinin sədri İsa Qəmbər özünün feysbuk səhifəsində yazıb. 

İsa Qəmbər Rusiya xarici işlər naziri Serqey Lavrovun "Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatını belə şərh edib:  

"Əslində Lavrov hamımızın bildiyi bir həqiqəti etiraf etdi:

Rusiya imperiya siyasətini davam etdirir. Əgər Ermənistan Rusiyanın Qafqazda forpostudursa, Moskva da Ermənistanın metropoliyasıdır. Çünki forpost varsa metropoliya da var. Hər forpostun başının üstündə bir metropoliya var. Moskva bu forpostla kifayətlənməyərək Azərbaycanı və bütün Qafqazı öz nəzarətinə almağa çalışır.

Ədalət növbəti geopolitik zəlzələdən sonra bərpa oluna bilər

QUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ərazi bütövlüyü məsələsi Rusiyanın yaratdığı və ədalətli həllinə imkan vermədiyi problemlərdir.

Bu gün bu məsələlər zahirən fərqli görünür: Krım Rusiya tərəfindən ilhaq edilib, Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi” Rusiya tərəfindən tanınıb, Dnestryanı ərazinin və Qarabağın "müstəqiliyi” Rusiya tərəfindən tanınmayıb.

Amma bütün bu ərazilərlə bağlı ədalətin bərpa olunması, bu dörd dövlətin ərazi bütövlüyünün bərqərar olması imkanı eyni vaxtda yaranacaq. Rusiya hazırda yaşanan soyuq müharibədə Beynəlxalq birliyə məğlub olanda. Məncə bu növbəti geopolitik zəlzələyə çox qalmayıb.

Diqqət etdinizsə, ədalət bərpa olunacaq deyil, ədalətin bərpasına imkan yaranacaq yazdım. Əliyev rejiminin bu yaranacaq imkandan Azərbyacanın haqqı olan Qarabağ üzərində suverenliyi bərpa edə biləcəyinə inanmıram. Bunun üçün Azərbaycanda xalqın seçdiyi hakimiyyət olmalıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300