"Tramp Moskvaya gələndə siyasətlə əlaqəsi olmayan bir adam idi. Mənim onun Rusiya paytaxtına nə vaxt gəldiyi hətta yadımda deyil. Biz onun siyasi ambisiyalarının olub-olmadığını da bilmirdik".

APA TV-nin məlumatına görə, bu sözləri Rusiya prezidenti keçirdiyi mətbuat konfransında deyib.

Vladimir Putin əlavə edib ki, ABŞ-ın yeni prezidenti o zaman sadəcə bizneslə məşğul olan bir adam idi və Rusiya xüsusi xidmət orqanları hansısa bir iş adamı ilə maraqlana bilməzdilər.

O bildirib ki, Donald Tramp uzun illər gözəllik müsabiqələrinin təşkilatçısı kimi tanınıb və onun ətafında daim dünyanın ən gözəl qadınları olub: "Məndə olan məlumata görə, buna rəğmən o, Moskvaya gələn kimi paytaxtda yüngül həyat tərzi keçirən qadınların yanına qaçıb", - deyə Putin qeyd edib.

"Mən buna indiyə qədər inanmıram, çünki o, gördüyü işlə əlaqədar olaraq daim gözəl qadınlarla əhatələnib. Amma onun hotellərdə sosial məsuliyətdən kənar olan qadınlarla görüşdüyünü deyirər".

Putin sonda qeyd edib ki, Trampı buna dünyadakı ən peşəkar fahişələrin məhz Moskvada olması şirnikləndirə bilərdi.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300