Türkiyə hökuməti Rövşən Lənkəranskinin "sağ əli” "qanuni oğru” Hacıbaba Talıbxanlını (Hacı Beyləqanski) həbsdən azad edib.

Yeniçağ.az rus mətbuatına istinadən xəbər verir ki, Hacıbaba Talıbxanlı "kriminal general” Əlibala Həmidovun (Qoca Bakinski) ölümü ilə bağlı şübhəli şəxs qismində həbs edilmişdir.

Qeyd edək ki, H.Talıbxanlı Rövşən Lənkəranskiyə qarşı edilən sui-qəsd zamanı hadisə yerində olub. O, Rövşənin nəşinin Azərbaycana gətirilməsi zamanı daha iki nəfərlə birlikdə hava limanında türk polisi tərəfindən saxlanılıb. İddiaya görə, H.Talıbxanlı 2013-cü ildə İstanbulda Əlibala Həmidovun öldürülməsində iştirak edib. Lakin onun yanında olan iki nəfər bu ittihamları öz üzərinə götürüb və beləcə, H.Talıbxanlı azadlığa çıxıb.

Həmçinin xəbərə görə, Talıbxanlı azadlığa çıxan kimi "qanuni oğru” Hüseyn Əhmədovun (kor Hüseyn) tərəfdarlarına qoşulub və Rövşən Canıyevin Türkiyədəki obyektləri uğrunda mübarizəyə başlayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300