Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus "Garant Holding”in baş ofisinin yerləşdiyi bina holdinqin əlindən alınıb.Bu barədə Mediafax.Az-a məlumatlı mənbə bildirib.

Mənbənin iddiasına görə, Baki şəhəri, Sarabski küçəsi 657 ünvanında yerləşən binanı "Paşabank” "girov götürüb”. Buna səbəb isə nazir oğlunun holdinqinin banka külli miqdarda kredit borcunun olmasıdır.

Fakt barədə mediafax.az-a danışan mənbə bildirir ki, "Garant Holding”in "Paşabank”a nə az, nə çox – təxminən 30 milyon civarında borcu var. Bu məbləğin manatla yoxsa dollarla olduğu məlumatda bildirilməsə də, istənilən halda böyük məbləğdən söhbət gedir.

Mənbə qeyd edir ki, son illərdə "Garant Holding”ə daxil olan şirkətlər tənəzzül yaşanır və artıq iflas həddindədir. Bu haqda da kifayət qədər faktlar var və həmin faktları mətbuata çıxarmağa hazırdır.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300